İdman

Van Qalın 3 illik çempionluq planı

30 Avqust 2014 14:39
0 Şərh     Baxış: 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in baş məşqçisi Lui Van Qal 3 il ərzində İngiltərə çempionatında və Çempionlar Liqasında qalib gəlməyi planlaşdırır. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytında bildirilir.
  

Xatırladaq ki, "qırmızı şeytanlar" bu həftə İngiltərə Liqası Kuboku çərçivəsində üçüncü divizionda çıxış edən "MK Dons" klubuna 0:4 hesabı ilə məğlub olublar. Mankunianlar İngiltərə çempionatının 2 turundan sonra 1 xal toplayıblar.
  

Van Qal bu mövsüm ilk dördlükdə yer alacaqlarına ümid etdiyini vurğulayıb: "Çünki "MY" kimi klub Çempionlar Liqasında oynamalıdır. Növbəti addım Premyer Liqada, sonra isə Çempionlar Liqasında qələbədir. Mən Hollandiya millisinə rəhbərlik etməyə başlayanda heç kim bizim dünya çempionatında qələbə uğrunda mübarizə aparacağımıza inanmırdı. Sonra hamı qrupdan çıxmayacağımızı deyirdi. Sonda isə növbəti oyundaca uduzacağımızı söyləməyə başladılar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.