İdman

Qurban Qurbanov: ""İnter"i müzakirə etməyə belə dəyməz"

29 Avqust 2014 19:42
2 Şərh     Baxış: 1 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin püşkünün nəticələrini dəyərləndirib. Bu barədə Trend klubun saytına istinadən məlumat verir.
 

Q.Qurbanov qeyd edib: "Təbii ki, püşkdə istənilən rəqiblə qarşılaşa biləcəyimizi gözləyirdik. Maraqlı qarşılaşmalar olacaq. "İnter"in dünya futbolunda mövqeyi bəllidir. Bunu müzakirə etməyə belə dəyməz. "Sent Etyen" Fransanın ən titullu komandasıdır. Cari mövsümə də olduqca yaxşı başlayıblar. "Dnepr" isə ötən mövsüm ən yaxşı dönəmini keçirib. Hazırda da çempionatda xal itirməyiblər. Bizim üçün yaxşı təcrübə olacaq".
 

Baş məşqçi bildirib ki, "Qarabağ"ın keçirəcəyi qarşılaşmalar azarkeşlər və futbol ictimaiyyəti üçün yaddaqalan olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.