İdman

Sambo və küçə atletikası I Avropa Oyunlarının proqramına daxil edildi, güləş üzrə çəki kateqoriyaları artırıldı

29 Avqust 2014 14:56
Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sambo döyüş idman növü birinci Avropa Oyunlarının idman proqramına daxil edilib. Bu barədə Trend-ə "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsindən (BAOƏK) məlumat verilib.
 

Cüdo, ciu-citsu və güləşin, o cümlədən yerli döyüş növlərinin çılğın qarışığı olan sambo Azərbaycanda çox populyardır və bütövlükdə Qafqaz regionunda qədim tarixə malikdir.
 

Sambonu döyüş növləri sırasına daxil etmək qərarı Avropa Olimpiya Komitələri və Beynəlxalq Sambo Federasiyası (FİAS) tərəfindən verilib.
 

"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: "Biz sambonun rəsmən "Bakı 2015" Avropa Oyunlarının idman proqramına daxil edildiyini və gələn ilin birinci Avropa Oyunlarında nümayiş olunacaq yeni innovativ idman növlərinin sayının artırıldığını böyük məmnunluqla nəzərinizə çatdırırıq. Azərbaycanda olduqca populyar olan bir idman növünün proqrama daxil edilməsi gələcəkdə də bu yarışmanın əhəmiyyətini artıracaq və Avropa Oyunlarına gələcək idman proqramlarına populyar yerli idman növlərini daxil etmək mirası qoyacaq".
 

Bu yeni əlavə "Bakı 2015" Oyunlarında 16-sı Olimpiya idman növü, dördü isə qeyri-Olimpiya idman növü olmaqla cəmi 20 idman növünün təmsil olunacağı deməkdir.

Həmçinin, daha altı çəki kateqoriyasının daxil edilməsi ilə güləş də "Bakı 2015" Avropa Oyunlarında irəli sürüləcək.
 

Bu idman növünə əlavə olaraq 80 kvotalıq yerlər verilib və Birləşmiş Güləş Növləri üzrə Beynəlxalq Federasiya (FILA) tərəfindən doldurulacaq.
 

"Bakı 2015" Avropa Oyunlarında ümumilikdə 480-dən çox güləşçi altı gün ərzində Heydər Əliyev Arenasında kişilər və qadınlar kateqoriyalarında 25 qızıl medal uğrunda yarışacaq.
 

S.Kleq əlavə edib: "Güləş Azərbaycanda ən populyar idman növlərindən biridir və növbəti il keçiriləcək Avropa Oyunlarında rəqabəti artırmaq üçün yarışların proqramına edilmiş mükəmməl bir əlavədir".
 

FILA prezidenti Nenad Laloviç bildirib: "Birinci Avropa Oyunlarında idmançılarımızın yarışması üçün idman növlərinin artırılması əla haldır. Biz Avropanın ən uğurlu güləşçilərinin tarixən birinci qitə çempionu adı uğrunda döyüşməsini səbirsizliklə gözləyirik".
 

Bu arada boks üzrə qlobal xal reytinqi sisteminə edilmiş sonuncu yenilik gələcək yay 2015 Oyunlarında Avropanın ən uğurlu döyüşçülərinin qızıl medaldan daha üstün məqsədlər üçün yarışacağı deməkdir.
 

Beynəlxalq Boks Assosiasiyası (AIBA) artıq qitə üzrə ümumdünya multi-idman Oyunlarında yarışmağa görə reytinq xallarının veriləcəyini elan etməklə həvəsləndirməni daha da artırıb. Bu isə o deməkdir ki, birinci Avropa Oyunlarının boks üzrə qızıl medalçıları artıq AIBA Reytinq Sisteminin 700-dək reytinq xalını qazana bilərlər.
 

AIBA prezidenti dr. Ç.K.Vu bildirib: "AIBA-nın qitə Oyunlarında reytinq xalları vermək haqqındakı qərarı dünyanın ən uğurlu boksçularının bu cür tədbirlərdə tez-tez iştirak etməklə yarışların standartını olduqca yüksək səviyyəyə qaldırdığını qəbul edir. Mən Avropa Oyunlarının gələcəkdə də Avropada boksun davamlı inkişafına necə təsir edəcəyini görmək üçün səbirsizlənirəm".

BAOƏK bu gün küçə atletikası (hündürlüyə tullanma və ağacla hündürlüyə tullanma) yarışlarının da gələnilki tədbirin nümayiş proqramında əks olunacağını elan edib.
 

İki idman bölməsinin proqrama daxil edilməsi Bakı 2015-in birinci Avropa Oyunlarına ev sahibliyi etməklə bağlı uzaqgörən və innovativ yanaşma nümayiş etdirdiyinin göstəricisidir.
 

"Bakı 2015" Avropa Oyunlarında idman direktoru Pirs O'Kallaqan əlavə edib: "Proqramımızda əks olunan çox sayda idman növünün "Bakı 2015" Avropa Oyunlarını idmançıların karyeralarında yüksəlməsi üçün ciddi bir tədbir kimi görməsi faktı Avropa idman ailəsinin tam şəkildə birinci Avropa Oyunlarının arxasında olduğunu göstərir. Biz idman proqramını genişləndirməklə gələn il bir sıra həyəcanverici və yeni idman növləri üzrə yüksək keyfiyyətli yarışlar izləməyi və Avropanın ən uğurlu idmançılarını Bakıda görməyi səbirsizliklə gözləyirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.