İdman

"Şuşa"dan "Qarabağ"a təbrik

29 Avqust 2014 15:16
0 Şərh     Baxış: 1 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şuşa" Futbol Klubu "Qarabağ" komandasını Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib.
 

Milli.Az xəbər verir ki, bu haqda qol.az saytına klubun baş direktoru Azəri Hüseynov məlumat verib.
 

"Şuşa" klubunun kollektivi "Qarabağ"ın tarixi qələbəsinə görə çox sevinir. "Qarabağ" klubunun Avroliqanın qrupundakı çıxışı Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bütün dünyaya bir daha sübut edəcək. Biz "Qarabağ"ın rəhbərliyini, məşqçi heyəti və futbolçuları səmimi qəlbdən təbrik edir, onların uğurlu çıxışını qrup mərhələsində də davam etdirəcəyinə inanırıq" - deyə A.Hüseynov bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.