İdman

Deputatdan "Qarabağ"ın futbolçularına "vəhhabi" deyənlərə sərt cavab

29 Avqust 2014 12:16
1 Şərh     Baxış: 1 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ötən gün Ağdamın "Qarabağ" klubunu Hollandiya klubuna qarşı oyunda qələbə qazanması münasibətilə təbrik edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, deputat F.Mustafa "Qarabağ" və "Tvente" qarşılaşmasından sonra "Facebook" səhifəsində oyunla bağlı fikirlərini paylaşıb.
 

O qeyd edib ki, "Qarabağ"ın adının Avropa Liqasında yer alması Azərbaycan adına ciddi uğurdur: "Mən futbolda yaxşı oyundan daha çox, nizam-intizam və tərbiyəyə ciddi əhəmiyyət verirəm. "Neftçi"də tərbiyəvi iş yetərli səviyyədə olsaydı, turu keçə bilərdi. Hətta uduzanda daha çox rəqibə qarşı tərbiyəli davranmalısan. "Qarabağ" futbolçularının alicənablığını və intizamlı davranışını xüsusilə qeyd etməliyəm. Məhz bu amil fədakar oynayan komandanın güclü bir Hollandiya klubunun Avropa Liqasına gedən yolunu kəsdi. Bir şeyi də qeyd edim ki, kimlərsə bir neçə gün öncə bir şəxsin stadionda namaz qılmasını bəhanə edərək belə bir informasiya yayırdı ki, "Qarabağ"ı vəhhabilər dəstəkləyirlər. Sadəcə bu utanmazlar bir azərbaycanlı məşqçinin illərdir sabit uğurunu, insanlarımıza gətirdiyi sevinc anlarını kölgələmək üçün belə ucuz, sifarişli variantlardan istifadə edirlər. Kimsə stadionda araq içəcək, dərhal yazacaqsınız ki, filan komandanı alkoqoliklər dəstəkləyir? Bu qədər paxıllıq duyğusu daşımaq doğru deyil. Komandada kimlərsə inanclı insanlardır deyə, dərhal yarlıqlar qoşaraq həvəsdən salmaq yanlış hərəkətlərdir. Əminəm ki, qrup mərhələsindəki fədakar oyunu ilə "Qarabağ" bir çoxlarını utandıracaq. Kaş ki, oyunlarını da Qarabağda keçirib, o bölgənin insanlarının da xoş ovqat qazanmasına töhfə verərdi. Komandanın sponsorlarını, Qurban Qurbanov başda olmaqla məşqçi heyətini, bütün futbolçularını təbrik edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.