İdman

İşğal altından qrup mərhələsinə - Dünya "Qarabağ"dan danışır - FOTO

29 Avqust 2014 13:24
3 Şərh     Baxış: 1 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan təmsilçisi "Qarabağ"ın tarixi uğuru dünya mətbuatının gündəminə düşüb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, tarixində ilk dəfə Avropa Liqasının qruplarına düşən komandamız Türkiyə mətbuatında "Qardaş klubdan tarixi qələbə", "Azərbaycanlı qardaşlardan tarixi uğur" kimi başlıqlarla "Qarabağ"ın uğuru oxuculara çatdırılıb.

Türkiyəni nüfuzlu NTV Spor saytı da "Qarabağ"la bağlı ""Qarabağ"dan tarixi qələbə" başlıqlı yazı yayımlayıb.

Rusiya mətbuatında isə təmsilçimizin uğuru "Qarabağ" heç-heçə oynayaraq "Twente"ni Avropa Liqasından kənarda qoydu" başlığı ilə yayımlanıb.

"Twente"nin rəsmi saytında da dünənki oyunla bağlı xəbər yayımlanıb. Klubun rəsmi saytında azerkeşlərə "Twente"nin Avropa Liqasında mübarizəni dayandırdığı elan edilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.