İdman

“Ümid edirəm ki, “Qarabağ” ölkə futbolunun tarixində rekorda nail olacaq”

29 Avqust 2014 11:49
0 Şərh     Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan çempionu kimi beynəlxalq oyunlarda qüvvəsini sınayan "Qarabağ" komandası Avropa Liqasının qrup mərhələsinə qədər keçirdiyi bütün oyunlarda yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək ölkəmizin futbol ictimaiyyətinə böyük bir sevinc bəxş etdi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
  

Qurum rəhbəri "Qarabağ" komandasını Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə təbrik edərək fikirlərini assosiasiyanın rəsmi saytına bildirib: "Bu nailiyyətlərin qazanılmasında böyük azarkeş dəstəyinin də mühüm rol oynadığını xüsusilə vurğulamaq istərdim. Ən güclü rəqibləriylə də gərgin mübarizə apararaq ölkəmizdə futbolun son illər inkişaf etdiyini uğurlu çıxışları ilə bir daha təsdiqlədi. Ümid edirəm ki, komanda qrup mərhələsində də peşəkarlığı, əzmkarlığı və baxımlı oyunu ilə azarkeşlərini sevindirəcək və ölkə futbolunun tarixində rekorda nail olacaq. Ölkəmizin futbol ictimaiyyəti adından komandanın rəhbərliyini və bütün üzvlərini səmimi qəlbdən təbrik edir və daha böyük uğurlar arzulayıram".
  

Qeyd edək ki, Bakıda "Tvente" ilə 0:0 hesablı heç-heçə edən "Qarabağ" Hollandiyadakı bərabərlikdən (1:1) sonra səfər qolu sayəsində qrup mərhələsinə yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.