İdman

Məşhur futbolçunun ürəyində problem yaranıb

29 Avqust 2014 14:39
0 Şərh     Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollandiyanın "AZ" klubunun baş məşqçisi, zamanının məşhur futbolçularından olan Marko van Basten postunu tərk edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna onun səhhətinin pisləşməsi səbəb olub.

Hollandiyalı mütəxəssisin ürəyində problem aşkarlanıb. Bu problem onun atasının ölümündən sonra daha da kəskinləşib. 49 yaşlı van Bastenin olmadığı müddətdə komandaya köməkçiləri Dennis Haar və Aleks Pastor rəhbərlik edəcəklər.
  

Van Basten "AZ" klubuna bu ilin mayından rəhbərlik edir. O, həmin postda Dik Advokatı əvəz edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.