İdman

Böyükağa Hacıyev: "Üzr istəyirəm, amma istefam haqqında söhbət gedə bilməz"

29 Avqust 2014 11:07
4 Şərh     Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bu oyunda hamı bizdən qələbə gözləyirdi. Futbolda belə sürprizlər olur. Sizləri sevindirə bilmədiyim üçün üzr istəyirəm. Nfor qırmızı vərəqə almasaydı, belə olmayacaqdı. Bu gün qismətimizdə qələbə qazanmaq yox imiş".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Bu gün Avroliqanın pley-off mərhələsinin cavab görüşləri keçirilib. "Neftçi" ikinci oyunda da "Partizan"a uduzub - 1:2.

Oyundan sonra keçirilən mətbuat konfransında Hacıyev matç haqqında fikirlərini bildirib: "İstefam haqqında söhbət gedə bilməz. Bu gün "Neftçi"nin pley-offa kimi gəlməsi özü də yaxşı haldır. İndi qrupa düşməyimiz alınmadı. Bu gün ölüm, ya olum söhbəti idi. Bertuççi öz zonasında boşluqlara yol verirdi. Ona görə də ehtiyatda qaldı. Məqsəd İsayevin bir qədər zamana ehtiyacı var. O, Azərbaycan çempionatı üçün tam hazırdır. Ondan orada yararlanacağıq".

O, Bertuççinin zəif oyunu haqqında da danışıb: "Bertuççi həddindən artıq iddialı futbolçudur. O, Braziliya U-21-də oynayıb, hələ burnunda havası qalıb. Amma hücumameylli futbolçu buraxmalıydım. Onu buraxdım. Amma çox təəssüf ki, o, ümidləri yenə doğrultmadı. Bu, mənim səhv əvəzetməm idi. Sizə elə gəlmirmi ki, Flavinyoda eniş var? O, bu il avrokubok oyunlarında heç vaxt mənim ümidlərimi doğrultmayıb. Vobay isə istənilən rəqib üçün baş bəlasıdır. O özü əvəzlənməyini istədi. Belə oyunlardan sonra mənim üçün Azərbaycan çempionatına heç bir maraq yoxdur".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.