İdman

"Qarabağ"a qol vuran futbolçu danışdı

29 Avqust 2014 10:55
0 Şərh     Baxış: 1 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tvente" klubunun hücumçusu Lyuk Kastaynos Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la cavab oyunu ilə bağlı danışıb.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandasının yeganə qoluna imza atan 21 yaşlı futbolçu Hollandiya mətbuatına açıqlamasında bəxtsizlikdən gileylənib:
 

"Oyundan sonra danışmaq çətindir. Biz üstünlüyümüzü qoruya bilmədik. 1:0 hesabı ilə öndə olarkən fərqi artırmaq istəyirdik, əgər bunu bacarmırsansa, o zaman qələbə hesabını qorumalısan. Hesab bərabərləşdikdən sonra yaxşı oynamadıq. Bir neçə epizodda bəxtimiz gətirmədi. Komanda yoldaşım Ziyeçin vurduğu top qapı dirəyindən döndü. Həqiqətən, bizdə alınmadı".

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Hollandiyada "Tvente" ilə 1:1 bərabərə qalan "Qarabağ" klubu tarixində ilk dəfə turnirin qrup mərhələsində oynamaq hüququ qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.