İdman

"Qarabağ"ın Avroliqada rəqibləri bəlli oldu - YENİLƏNİB - FOTO

29 Avqust 2014 17:15
11 Şərh     Baxış: 9 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
16:39

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

Hollandiya "Tvente"sini keçən Ağdmın "Qarabağ" klubunun qrup mərhələsindəki rəqibləri də bəlli olub. "F" qrupunda mübarizə aparacaq təmsilçimizin rəqibləri bunlardı: "İnter" (İtaliya), "Dnepr" (Ukrayna), "Sent-Etyen" (Fransa).

----------
09:04

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq.

Qol.az-ın məlumatına görə, Fransanın Monako şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Püşk zamanı 48 komanda hərəsində 4 klub olmaqla 12 qrupa bölünəcək. Burada ölkəmiz yalnız "Qarabağ" klubu ilə təmsil olunur. Ağdam təmsilçisi dünən Hollandiyada "Tvente" ilə 1:1 bərabərə qalmaqla tarixində ilk dəfə olaraq Avroliqanın qrup mərhələsində oynamaq hüququ qazanıb.

Son Azərbaycan çempionu dördüncü səbətdə yer alıb. Bu isə o deməkdir ki, digər üç səbətdə qərarlaşan istənilən komanda Ağdam klubuna rəqib ola bilər.

Qeyd edək ki, qrup mərhələsinin oyun cədvəli püşkdən bir saat sonra müəyyənləşəcək. Bu mərhələnin oyunları 18 sentyabr, 2-23 oktyabr, 6-27 noyabr və 11 dekabr tarixlərində keçiriləcək. 

I səbət:

"Sevilya" (İspaniya)
"İnter" (İtaliya)
"Tottenhem" (İngiltərə)
PSV (Hollandiya)
"Napoli" (İtaliya)
"Dinamo" (Kiyev, Ukrayna)
"Vilyareal" (İspaniya)
"Fiorentina" (İtaliya)
"Zalsburq" (Avstriya)
"Metalist" (Ukrayna)
"Lill" (Fransa)
"Kopenhagen" (Danimarka)

II səbət:

"Styaua" (Rumıniya)
"Standard" (Belçika)
PAOK (Yunanıstan)
"Seltik" (Şotlandiya)
"Beşiktaş" (Türkiyə)
"Volfsburq" (Almaniya)
"Brügge" (Belçika)
"Dnepr" (Ukrayna)
"Trabzonspor" (Türkiyə)
"Panatinaykos" (Yunanıstan)
"Sparta" (Çexiya)
"Borussiya" (Münhenqladbax, Almaniya)

III səbət:

"Everton" (İngiltərə)
"Yanq Boys" (İsveçrə)
"Dinamo" (Zaqreb, Xorvatiya)
"Sürix" (İsveçrə)
"Eştoril" (Portuqaliya)
"Legiya" (Polşa)
"Partizan" (Serbiya)
"Torino" (İtaliya)
"Feyenoord" (Hollandiya)
"Sent-Etyen" (Fransa)
"Qenqam" (Fransa)
"Rio Ave" (Portuqaliya)

IV səbət:

"Dinamo" (Moskva, Rusiya)
"Krasnodar" (Rusiya)
"Rijeka" (Xorvatiya)
"Lokeren" (Belçika)
"Asteras Tripolis" (Yunanıstan)
"Slovan" (Slovakiya)
"Apollon" (Kipr)
"Qarabağ" (Azərbaycan)
"Helsinki" (Finlandiya)
"Astra" (Rumıniya)
"Dinamo" (Minsk, Belarus)
"Olborq" (Danimarka)

Milli.Az

----------
17:15


Böyütmək üçün şəkillərə klikləyin.



-----------
17:01

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.