İdman

Avropa Liqası: “Neftçi”nın arzusu gözündə qaldı,"Qarabağ"dan tarixi uğur - YENİLƏNİB

29 Avqust 2014 00:27
15 Şərh     Baxış: 5 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

00:27

Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Milli.Az azerisport.az-a istinadən bildirir ki, Azərbaycanın bu turnirindəki təmsilçilərindən biri - son ölkə çempionu "Qarabağ" da Avropada növbəti sınağına çıxıb.

Ağdam klubu Hollandiya "Tvente"si ilə mübarizə aparırdı. Bu rəqiblə Bakıdakı ilk oyun qolsuz başa çatdığı üçün təmsilçimizə cavab oyununda hətta qollu heç-heçə də sərf edirdi. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma ikinci yarının əvvəlində komandamız hesabı bərabərləşdirməyə nail olub. Sonadək hesabda dəyişiklik olmayınca, "Qarabağ" tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, "Qarabağ" beş il öncə məhz pley-off mərhələsində bu rəqibinə uduzmuşdu. Bakıdakı oyun qolsuz bitdiyi halda, Enshededə meydan sahibləri 3:1 hesabıyla üstün olmuşdular. Bir sözlə, Ağdam klubu bu uğuru ilə illər öncəki qisasını almış oldu.

Avropa Liqası

Pley-off mərhələsi (cavab oyunu)

28 avqust

Tvente - Qarabağ - 1:1 (1:0)

Qollar: L.Kastaynos, 37 (1:0), M.Muarem, 51 (1:1).

Hakimlər: Paolo Silvio Matsoleni, Lorenso Manqanelli, Alessandro Petrella, Sebastyano Perutso (İtaliya).

Sarı vərəqə: Q.Qarayev, 87.

Enshede. "Tvente" stadionu.

İlk oyun - 0:0

Tvente: 1. Nik Marsman, 2. Kuko Martina, 3. Andreas Byelland (k), 4. Darril Laxman, 5. Robbert Şilder, 8. Kayl Ebesilio (19. Şadrax Eqan, 64), 22. Kamohelo Mokotjo, 7. Yuness Moxtar (25. Bilal Ould Şix, 90+4), 10. Hakim Ziyex (9. Torqeyr Borven, 79), 30. Luk Castaynos, 33. Kasper Kusk.

Ehtiyat oyunçular: 20. Sonni Stevens, 15. Diko Koppers, 16. Tim Brukers, 17. Rasmus Benqtsson.

Baş məşqçi: Alfred Şreyder.
 

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Muarem Muarem (11. Danilo Dias, 71), 20. Riçard Almeyda, 70. Çumbinyo (7. Namiq Yusifov, 79), 17. Vüqar Nadirov (24. Admir Teli, 85).

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 41. Leroy Corc.

Baş məşqçi: Qurban Qurbanov. 


------------------
28.08.2014
23:41


Milli.Az bildirir ki, "Qarabağ" cavab qolu vurdu.

28 avqust

Avropa Liqası, pley-off mərhələsinin cavab oyunu

"Tvente" (Hollandiya) - "Qarabağ" (Azərbaycan) (İlk oyun - 0:0) - 1:1 (İkinci hissə)

Qol: Kastanyos, 37 (1:0), Muarem Muarem, 51 (1:1) 


---------

23:21

Milli.Az bildirir ki, "Qarabağ" qapısından qol buraxdı.
 

"Tvente" (Hollandiya) - "Qarabağ" (Azərbaycan) (İlk oyun - 0:0) - 0:1 (Fasilə)

Qol: Kastanyos, 37 (1:0)

Enshede. Tvente stadionu

Baş hakim: Paolo Silvio Mazzoleni (İtaliya)
 

---------
23:03


Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
 

Milli.Az azerisport.az-a istinadən bildirir ki, Azərbaycanın bu turnirindəki təmsilçilərindən "Neftçi" də növbəti sınağına çıxıb.

Paytaxt klubu Serbiya "Partizan"ı ilə mübarizə aparırdı. Bu rəqiblə Belqraddakı ilk oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə baş çatmışdı. Bu üzdən də təmsilçimizə növbəti mərhələyə yüksəlmək üçün 1:0 və ya 2:1 hesablı qələbələr lazım idi. Amma təəssüf ki, oyunda hesabı serblər açıblar. Komandamızın gücü isə yalnız buraxılan bu qola cavab verməyə çatıb. Son saniyələrdə daha bir qol vuran qonaqları iki oyunun nəticəsinə görə 5:3 hesabıyla Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb. "Neftçi" isə mübarizəni dayandırmalı olub.

"Neftçi" iki il öncə qrup mərhələsində qarşılaşdığı və hər iki oyunda sülh bağladığı (0:0, 1:1) bu komandanı keçsəydi, tarixində ikinci dəfə Avroliqanın qrup mərhələsində oynamaq şansı qazanacaqdı.

Avropa Liqası

Pley-off mərhələsi (cavab oyunu)

28 avqust

Neftçi - Partizan - 1:2 (0:1)
 

Qollar: P.Şkuletiç, 24 (0:1), J.Vobay, 58 (1:1), P.Şkuletiç, 90+2 (1:2).

Sarı vərəqə: E.Nfor, 45+1, E.Ramos. 48, M.Vuliçeviç, 62, J.Vobay, 70.

Qırmızı vərəqə: E.Nfor, 86 (ikinci sarı vərəqə), E.Ramos, 90+3, P.Şkuletiç, 90+4, Kaue, 90+4.

Hakimlər: Robert Şörgenhofer, Mattias Vinsayer, Roland Brandner, Dominik Ousxan (Avstriya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

İlk oyun - 2:3

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k) (16. Bruno Bertuççi, 54), 10. Julius Vobay (21. Samir Məsimov, 83), 15. Erik Ramos, 18. Kaue, 19. Mirhüseyin Seyidov (11. Nikolas Kanales, 54), 90. Ernest Nfor.

Ehtiyat oyunçular: 1. Emil Balayev, 27. Məqsəd İsayev, 25. Cavid İmamverdiyev, 23. Ruslan Qurbanov.

Baş məşqçi: Böyükağa Hacıyev.

Partizan: 25. Milan Lukaç, 4. Miroslav Vuliçeviç, 5. Nemanya Petroviç, 6. Voyislav Stankoviç (k), 30. Branko İliç, 8. Darko Braşanaç, 14. Petar Qrbiç (22. Saşa İliç, 59), 17. Andrey Jivkoviç (40. Miloş Ostoyiç, 90+5), 18. Nikola Drinçiç, 27. Danko Lazoviç (55. Danilo Pantiç, 84), 32. Petar Şkuletiç.

Ehtiyat oyunçular: 1. Jivko Jivkoviç, 11. Nikola Ninkoviç, 21. Saça Markoviç, 10. İsmael Fofana.

Baş məşqçi: Marko Nikoliç.
 

----------
22:59


Milli.Az bildirir ki, "Neftçi" qapısından 2-ci qolu buraxdı.

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunu

28 avqust

"Neftçi" - "Parizan" (Serbiya) - 1:2

Qollar: Vobay, 58 - Şkuletiç, 24; 90

Qırmızı vərəqə: Nfor ("Neftçi") 86; Ramos ("Neftçi") 90, Caue ("Neftçi"), 90; Şkuletiç ("Partizan"), 90 


---------
22:46


"Qarabağ" klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün səfərdə "Tvente"nin qonağıdır.

Milli.Az qol.az-a istinadən bildirir ki, Enshede şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlayıb.

Bakıda rəqibi ilə 0:0 bərabərə qalan "Qarabağ" səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq. Bu görüşdə qeydə alınacaq istənilən məhsuldar heç-heçə (1:1, 2:2, 3:3) Ağdam təmsilçisini qrup mərhələsinə çıxaracaq.

Xatırladaq ki, 2009/2010 mövsümündə "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində məhz "Tvente" ilə qarşılaşmışdı. Hollandiyada 1:3 hesabı ilə uduzan "Qarabağ" Bakıda rəqibi ilə 0:0 bərabərə qalaraq turnirdə mübarizəni dayandırıb.

28 avqust 

Avropa Liqası, pley-off mərhələsinin cavab oyunu

22:30. "Tvente" (Hollandiya) - "Qarabağ" (Azərbaycan) (İlk oyun - 0:0) - 0:0 (Birinci hissə)
Enshede. Tvente stadionu

Baş hakim: Paolo Silvio Mazzoleni (İtaliya) 

"Tvente": Nik Marsman, Kuko Martina , Byelland (k), Darrl Laxman, Robert Şilder, Kayl Ebesilio, Kamohelo Mokotdzho, Yuness Moxtar, Hakim Ziyeh, Lyuk Kastanyos, Kasper Kusk

Ehtiyat oyunçular: Sonni Stevens,Rasmus Benqtsson, Diko Koppers, Tim Brekers, Şadrak Eqan, Troqeyr Borven, Ould-Çikh

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedyev , Rəşad Sadıqov (k), Ansi Aqolli, Bədavi Hüseynov, Reynaldo, Muarem Muarem Riçard Almeyda, Çumbinyo, Vüqar Nadirov

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Admir Teli, Danilo Dias, Tərlan Quliyev, Namiq Yusifov, Leroy Corc.

----------
22.23


Milli.Az azerisport.az-a istinadən bildirir ki, "Neftçi" hesabı bərabərləşdirdi.

"Neftçi" - "Partizan" - 1:1 (2-ci hissə)
 

Qol: P.Şkuletiç, 24 (0:1), J.Vobay, 58 (1:1).

Sarı vərəqə: E.Nfor, 45+1, E.Ramos. 48.

Hakimlər: Robert Şörgenhofer, Mattias Vinsayer, Roland Brandner, Dominik Ousxan (Avstriya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

İlk oyun - 2:3

---------
21:34


Bu gün "Neftçi" Avropada növbəti sınağına çıxıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Azərbaycan kubokunun qalibi Avropa Liqasının qrup mərhələsinə çıxmaq üçün son matçına çıxıb.

Serbiyanın "Partizan" klubu ilə Bakıdakı cavab oyunu paytaxt təmsilçisinin taleyinə aydınlıq gətirəcək. Avropada yoluna davam etmək, tarixində ikinci dəfə qrupda çıxış etmək üçün "Neftçi" qalib gəlməlidir.

Bakılılar bunu bacarmasa, avrokubok mövsümünü başa vuracaq. "Ağ-qaralar"ı ikidən artıq qol vurmamaqla istənilən qələbə qane edir. Bunun üçün Respublika stadionunun tribunalarına toplaşacaq azarkeşlərin dəstəyi də komandaya kömək olacaq.

Avrokuboklar tarixində 50-ci oyuna çıxacaq "Neftçi" yubileyi qələbə ilə qeyd etmək iddiasındadır. Yubiley oyununa 15-ci qələbə əlavə sevinc qata bilər.

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunu

28 avqust
 

"Neftçi" - "Parizan" (Serbiya) - 0:1

Qol: Şkuletiç, 24

Baş hakim: Robert Şorgenhofer (Avstriya)

Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 2:3

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos, 18. Kaue, 19. Mirhüseyin Seyidov, 90. Ernest Nfor.

Ehtiyat oyunçular: 1. Emil Balayev, 16. Bruno Bertuççi, 27. Məqsəd İsayev, 25. Cavid İmamverdiyev, 11. Nikolas Kanales, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov.

Baş məşqçi: Böyükağa Hacıyev. 

Partizan: 25. Milan Lukaç, 4. Miroslav Vuliçeviç, 5. Nemanya Petroviç, 6. Voyislav Stankoviç (k), 30. Branko İliç, 8. Darko Braşanaç, 14. Petar Qrbiç, 17. Andrey Jivkoviç, 18. Nikola Drinçiç, 27. Danko Lazoviç, 32. Petar Şkuletiç.

Ehtiyat oyunçular: 1. Jivko Jivkoviç, 40. Miloş Ostoyiç, 11. Nikola Ninkoviç, 21. Saça Markoviç, 22. Saşa İliç, 71, 10. İsmael Fofana, 55. Danilo Pantiç.

Baş məşqçi: Marko Nikoliç.

---------
21:00


Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu turnirindəki təmsilçilərindən "Neftçi" də növbəti sınağına çıxır.
 

Paytaxt klubu Serbiya "Partizan"ı ilə mübarizə aparır. Bu rəqiblə Belqraddakı ilk oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə baş çatıb. Bu üzdən də təmsilçimizə hətta 1:0 və ya 2:1 hesablı qələbələr də sərf edir.

"Neftçi" iki il öncə qarşılaşdığı və hər iki oyunda sülh bağladığı (0:0, 1:1) bu komandanı keçsə, tarixində ikinci dəfə Avroliqanın qrup mərhələsində oynamaq şansı qazanacaq.


Avropa Liqası
Pley-off mərhələsi
(cavab oyunu)
28 avqust

21:00. Neftçi - Partizan
Hakimlər: Robert Şörgenhofer, Mattias Vinsayer, Roland Brandner, Dominik Ousxan
(Avstriya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:3


Neftçi
: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos, 18. Kaue, 19. Mirhüseyin Seyidov, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 16. Bruno Bertuççi, 27. Məqsəd İsayev, 25. Cavid İmamverdiyev, 11. Nikolas Kanales, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov.
Baş məşqçi: Böyükağa Hacıyev.

Partizan
: 25. Milan Lukaç, 4. Miroslav Vuliçeviç, 5. Nemanya Petroviç, 6. Voyislav Stankoviç (k), 30. Branko İliç, 8. Darko Braşanaç, 14. Petar Qrbiç, 17. Andrey Jivkoviç, 18. Nikola Drinçiç, 27. Danko Lazoviç, 32. Petar Şkuletiç.
Ehtiyat oyunçular: 1. Jivko Jivkoviç, 40. Miloş Ostoyiç, 11. Nikola Ninkoviç, 21. Saça Markoviç, 22. Saşa İliç, 71, 10. İsmael Fofana, 55. Danilo Pantiç.
Baş məşqçi: Marko Nikoliç.


---------
08:56

"Qarabağ" klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün səfərdə "Tvente"nin qonağı olacaq.

Milli.Az qol.az-a istinadən bildirir ki, Enshede şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Bakıda rəqibi ilə 0:0 bərabərə qalan "Qarabağ" səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq. Bu görüşdə qeydə alınacaq istənilən məhsuldar heç-heçə (1:1, 2:2, 3:3) Ağdam təmsilçisini qrup mərhələsinə çıxaracaq.

Xatırladaq ki, 2009/2010 mövsümündə "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində məhz "Tvente" ilə qarşılaşmışdı. Hollandiyada 1:3 hesabı ilə uduzan "Qarabağ" Bakıda rəqibi ilə 0:0 bərabərə qalaraq turnirdə mübarizəni dayandırıb.

"Neftçi" klubu isə Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün evdə "Partizan"la qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Bu komandalar arasında baş tutan ilk görüşdə Serbiya təmsilçisi 3:2 hesabı ilə qələbə qazanıb. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün "Neftçi" mütləq qalib gəlməlidir. Son Azərbaycan Kubokunun qalibini 1:0 və ya 2:1 kimi minimal hesablı qələbələr də qane edəcək.

Xatırladaq ki, "Neftçi" 2012/2013 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Partizan"la eyni qrupda mübarizə aparmışdı. Bu komandalar arasında Serbiyada baş tutan ilk görüşdə qapılara qol vurulmamışdı - 0:0. Bakıdakı cavab qarşılaşmasında da qalib müəyyənləşməmişdi. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk etmişdi.

28 avqust

Avropa Liqası, pley-off mərhələsinin cavab oyunu

21:00. "Neftçi" (Azərbaycan) - "Partizan" (Serbiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Robert Şörgenhofer (Avstriya)

22:30. "Tvente" (Hollandiya) - "Qarabağ" (Azərbaycan)
Enshede. Tvente stadionu
Baş hakim: Paolo Silvio Mazzoleni (İtaliya)

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.