İdman

“Deyə bilmərəm ki, bu, bizim üçün dönüş nöqtəsidir”

30 Avqust 2014 22:54
0 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mövsüm başlayandan komandada böyük dəyişikliklər etmişik. Heyətə 12 yeni futbolçu cəlb edilib. İlk turlarda da demişdim ki, öz oyunumuzu nümayiş etdirmək üçün hələ zamana ehtiyacımız var. Lakin bugünkü matç da göstərdi ki, komanda üzvləri bir-birinə hələ tam uyğunlaşmayıb".

Milli.Az qol.az-a istinadən bildirir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhəmdov Azərbaycan Premyer Liqasının 4-cü turunda "Qəbələ"yə qalib gəldikləri oyundan (2:1) sonra deyib.

O bildirib ki, bu qələbə komandası üçün çox vacib idi:

"Deyə bilmərəm ki, bu, bizim üçün dönüş nöqtəsidir. Mövsüm uzundur, komandada özünəinam hissinin olması üçün qalib gəlməli idik. Futbolda mübarizəsiz heç nəyə nail ola bilmərik. Ruslan Məcidov və Tomi Kostadinovun olmaması bizə müəyyən çətinliklər yaradır. Onlar yaxın zamanda komandaya qoşulacaqlar. İlk görüşdə Rəşad Abdullayevi ehtiyatda saxlamışdım ki, ehtiyac olanda oyunda dönüş yarada bilək. Viktor İqbekoyi artıq neçə mövsümdür ki, komandadır. Əvəzetmədən meydana daxil olub göstərdiyi əzmkar oyunu ilə dönüş yarada bilir".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.