İdman

"Qarabağ" - "Tvente" oyununda stadiondakı biabırçılıq!

22 Avqust 2014 14:00
4 Şərh     Baxış: 8 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün "Qarabağ" - "Tvente" qarşılaşmasını izləməyə gələnlər futbol şousundan əvvəl əsl biabırçılığın şahidi olublar. Əllərində dəstə-dəstə bilet tutan cavanlar stadionun ətrafını bazara çevirmişdilər. Kassalarda biletin tapılmadığı bir vaxtda onlar stadionun ətrafında, metro stansiyalarının çıxışında rəsmi qiymətlərdən 2-3 manat baha bilet təklif edirdilər.

Milli.Az xəbər verir ki, oyuna maraq çox olduğundan azerkeşlərin "bilet savaşı" yenə davam etdi. Bu dəfə "savaş" normal sektorlarda yox, media nümayəndələrinə məxsus press sektorlarda getdi. Belə ki, media nümayəndələrinə verilmiş akkreditasiya və biletlər qanunsuz yolla "qara bazar"da satışa çıxarılmışdı. Bunun məntiqi nəticəsi kimi stadionda yoxlanış zamanı polislərlə həmin "jurnalistlər" arasında konfliktlər yaşandı. "Giriş mənim haqqımdır, bileti pul ilə almışam" - deyə israrla içəri keçməyə çalışan insanlar polisin xəbərdarlığını və akkreditasiyasız içəri girməyin mümkünsüz olduğunu anlamaq istəmirdilər. Əvvəllər bu cür qanunsuzluğun şahidi normal sektorlarda müşahidə olunurdusa, artıq mediaya məxsus zonaya da sirayət edib.
 

Bu hadisə ilə bağlı Milli.Az-a açıqlama verən "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirdi ki, bu məsələnin üzərinə düşüblər artıq: "Bizdə bu haqda məlumat var artıq. Dünən bu tip olaylarla qarşılaşdıq və lazımi tədbirlər gördük. İndi isə bu məsələnin qaynaqlandığı yeri araşdırırıq. Biz akkreditasiya və bilet verəndə hamısını qeydiyyata alırıq ki, sonra bu cür problemlər olmasın. Amma görünür bəziləri qaydaları sərtləşdirməyimizi istəyir. "Qara bazar" dünyanın hər yerində demək olar var. Bununla mübarizə mümkünsüzdü, sanki. Ancaq əlimizdən gələni edib azarkeşlərin rahatlığına şərait yaradacağıq".

Niyaməddin Şirinov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.