İdman

"Qarabağ"ın oyunçusu "Tvente"yə xəbərdarlıq etdi

21 Avqust 2014 20:05
0 Şərh     Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Tvente" ilə üz-üzə gəlmək xoşdu. Onlar məndən klubum haqqında informasiya almağa çalışdılar. Ancaq rəqibə çox şey deyə bilməzdim". Milli.Az-ın apasport.az saytına istinadən məlumatına görə, bunu "Qarabağ"ın hollandiyalı futbolçusu Leroy Corc deyib.

Corc Hollandiya mətbuatına açıqlamasında 2009-cu ildə "Tvente" və "Qarabağ"ın Avroliqanın pley-off mərhələsində çıxış etdiyi heyətdən kimlərin qalmasına aydınlıq gətirməyə çalışıb: ""Tvente" və "Qarabağ" 5 il əvvəl qarşılaşıb. Həmin komandalarla müqayisədə indikilər demək olar ki, bütünlüklə dəyişilib. Fikrimcə, baş məşqçi Alfred Şroyder o vaxt da "Tvente"də işləyirdi. "Qarabağ"da isə ovaxtkı komandadan Enshededə qol vurmuş Vüqar Nadirov, Maksim Medvedev, Rəşad Sadıqov, Namiq Yusifov, Admir Teli və baş məşqçi Qurban Qurbanov qalıb".

Leroy "Tvente"nin Bakıda azarkeş təzyiqi ilə üzləşəcəyini bildirib: "Azərbaycanlılar "Tvente"nin nə dərəcədə güclü olduğunu bilirlər. Ona görə də Çempionlar Liqasının təsnifat mərhələsində "Zalsburq"a yenildikdən sonra daha zəif rəqibin qarşımıza çıxacağına ümid edirdik. Biz azarkeşlərimiz önündə "Zalsburq"a 2:1 hesabı ilə qalib gəlmişdik. Bu, böyük oyun idi. Tribunalara 30 min adam toplaşmışdı. Artıq oyunöncəsi isinmə hərəkətləri edərkən adamın ağlı başından çıxırdı. "Tvente"yə yalnız bu barədə xəbərdarlıq edə bilərəm".

Qeyd edək ki, Avroliqanın pley-off oyunu olan "Qarabağ" - "Tvente" matçı bu gün saat 21:00-da başlayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.