İdman

""Tvente"yə Bakıda asan olmayacaq"

21 Avqust 2014 15:22
0 Şərh     Baxış: 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı səfəri çətindir. Bunun bir neçə səbəbi var. Uzun yol qət edirsən. Üstəlik, orada hərarət çox yüksək olur. Ölkələr arasında üç saatlıq fərqin olması da işi çətinləşdirir. Ümumiyyətlə Azərbaycan səfər etmək üçün yaxşı ölkə deyil".


Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Tvente" klubunun futbolçusu Vout Brama Hollandiya mətbuatına açıqlmasında deyib.


Zədə səbəbindən "Tvente"nin əsas komandasından kənarda qalan və hazırda əvəzedici heyətlə məşq edən 27 yaşlı futbolçu Avropa Liqasının pley-off mərhələsində bu axşam qarşılaşacaqları "Qarabağ"la oyun haqda fikirlərini bölüşüb.


Hollandiyalı futbolçu 5 il öncə "Qarabağ"la Bakıdakı oyunu xatırlayıb və komandasının qrup mərhələsinə düşmək şanslarını dəyərləndirib: "Avrokubok oyunları yerli çempionat görüşlərindən tamamilə fərqlənir. Beş il öncə "Qarabağ"la hər iki görüşdə oynamışdım və öz meydanımızda 3:1 hesabı ilə qalib gəlmişdik. Səfər oyunları hər zaman çətin keçir. "Qarabağ" evdə tamamilə fərqli sistemlə çıxış edir. "Tvente"yə Bakıda asan olmayacaq. Cavab matçı öncəsi Bakıdan sərfəli nəticə ilə qayıtmalıyıq. "Tvente"nin qrup mərhələsinə vəsiqə qazanacağına inanıram. Eşitdiyimə görə, "Qarabağ" beş il öncə ilə müqayisədə indi daha güclüdür. Rəqibin heyətində beş səviyyəli futbolçunun oynadığını bilirəm. Ancaq onların hansı səviyyədə olması haqda məlumatım yoxdur".


Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Tvente" oyunu saat 21:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.