İdman

Vüqar Nadirov: ""Tvente"ni keçəcəyimizə inanırıq"

21 Avqust 2014 13:48
Baxış: 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Qarabağ"ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsini təqdim edir.


- Bu gün Avroliqanın pley-off mərhələsi çərçivəsində "Tvente" ilə ilk oyuna çıxırsız. Hollandiya klubu ilə görüşdən nə gözləyirsiz?


- Ev oyununda uğurlu nəticə qazanmaq istəyirik. Belə olan halda səfərə daha rahat yollana bilərik. Buna görə qələbə qazanmağımız lazımdır.


- Qonaqların heyətlə bağlı probleminin olmasından xəbəriniz var?


- Hə. Bilirəm ki, "Tvente"nin kapitanı Bakıdakı oyunda meydana çıxmayacaq. Amma Hollandiya klubu bir futbolçudan asılı komanda deyil. Kifayət qədər güclü komandadır. Biz bu rəqibə ciddi yanaşırıq.


- Reynaldonun qayıdışı sizin əsas heyətə yolunuzu kəsə bilər?


- Onun heyətə qayıtmasına şadam. Özümə gəlincə, mən həm hücumda, həm də yarımmüdafiənin sağ cinahında oynaya bilərəm. Düzünü deyim ki, cinahda özümü daha rahat hiss edirəm. Xüsusilə də Reynaldo ilə birgə oynayanda. Bir-birimizi yaxşı başa düşürük.


- "Qarabağ"ın qrup mərhələsinə vəsiqə qazanması mümkündür?


- Biz bunu çox istəyirik. Niyə də olmasın? Hər şey özümüzdən asılıdır.


- "Zalsburq"la "Tvente"ni müqayisə etsək, sizcə, onlardan hansı daha güclüdür?


- "Zalsburq". "Tvente"ni Bakıda məğlub edəcəyimizə inanırıq. Buna görə də sona kimi mübarizə aparacağıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.