İdman

Mahir Şükürov: "Bizim öz futbolçularımız yeni gələnlərdən daha yaxşıdır"

21 Avqust 2014 12:33
0 Şərh     Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun azerisport.az saytına müsahibəsini təqdim edir.


- Özbəkistanla qolsuz heç-heçəyə dair nə deyə bilərsiz?


- Çox isti vardı. Meydanda hərəkət etməyə çətinlik çəkirdik. Buna baxmayaraq, vacib oyun idi. Berti Foqts seçmə mərhələ öncəsi heyəti müəyyənləşdirməyə çalışır.


- Komandanın oyunundan razısız?


- Hər şey istədiyimiz kimi alınmadı. Temp aşağı idi. Amma yenə də qələbə qazanmalıydıq. Qol vura bilmədik, nəticədə də heç-heçə qeydə alındı.


- Qol üçün nə çatışmadı?


- Heyətdə yeni futbolçular çox idi. Bu üzdən komanda oyunu göstərə bilmədik. Meydanda bir-birimizi başa düşmürdük. Buna baxmayaraq, qol vəziyyətlərimizin olduğunu siz də gördüz. Sadəcə, onları qola çevirə bilmədik.


- AÇ-2016-nın seçmə mərhələsi ərəfəsində bu oyun o qədər də optimist düşünməyə əsas vermir...


- Biz tam heyətlə oynasaydıq, daha yaxşı çıxış edərdik. Təbii ki, seçmə mərhələ oyunlarında hər şey tam fərqli olacaq.


- Rusiya ilə yoxlama oyununda da belə mübarizə aparacaqsız?


- Rusiyaya qarşı tam fərqli oyun olacaq. Hava şəraiti də orada yaxşı olacaq. Rəqib güclü olanda istər-istəməz futbolçu özünə qarşı da tələbkar olur.


- Düzünü deyin, yığmamızın yeni futbolçuları xoşunuza gəldi?


- (gülür) Nə deyə bilərəm? Fikrimcə, bizim öz oyunçularımız daha yaxşıdırlar. Qoy yığmada yerli futbolçular çıxış etsinlər.


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.