İdman

Braziliyalı "Xəzər Lənkəran"dan kənarlaşdırıldı

21 Avqust 2014 12:06
0 Şərh     Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Topaz Premyer Liqasının yeni mövsümünə uğursuz başlayan "Xəzər Lənkəran" klubunun baş məşqçisi Oğuz Çətin heyətə əl gəzdirməyə başlayıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, keçirdiyi 2 oyunda cəmi 1 qol vuran "ağ-yaşıllar"ın çalışdırıcısı braziliyalı hücumçu Franko Nildodan narazıdır.


Türkiyəli mütəxəssis 31 yaşlı futbolçu ilə söhbətində ona xeyli müddətdir komandada olmasına baxmayaraq, özünü heç cür göstərə bilməməyini xatırladıb. Elə Nildo da Çətinə klubdan getmək arzusunda olduğunu söyləyib.


Ölkə çempionatının III turunda Zaqatalada "Simurq"la qarşılaşacaq "Xəzər Lənkəran" hazırda paytaxtdakı "Modern" otelində məskunlaşıb. Amma dünəndən məşqlərə qatılmayan Nildo özünə yeni komanda axtarışındadır.


Xatırladaq ki, Nildo "Xəzər Lənkəran"a uelsli baş məşqçi Con Toşakın vaxtında AZAL klubundan transfer olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.