İdman

Böyükağa Hacıyev özünü sığortaladı

21 Avqust 2014 10:21
1 Şərh     Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Partizan" - "Neftçi" matçı öncəsi mətbuat konfransı baş tutub.

Milli.Az qol.az-a istinadən yaydığı xəbərə görə, "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev oyun haqda fikirlərini bildirib.

Təcrübəli mütəxəssis onlara tanış rəqib olan "Partizan" haqda xoş sözlər söyləməklə yanaşı, komandasına inandığını da vurğulayıb: ""Partizan"ı yaxşı tanıyırıq, ciddi rəqibdir, güclü futbolçuları var. Bu rəqiblə 2 il əvvəl qarşılaşmışdıq. Üstəlik, komandanın son oyunlarını da izləmişəm. Bu "Partizan" 2 il əvvəlkindən qat-qat güclüdür. Fikrimcə, cütün taleyi Bakıdakı oyunda həll olunacaq. Komandamıza inanıram. Ümid edirəm ki, azarkeşlər maraqlı qarşılaşmanın şahidi olacaqlar".

Qeyd edək ki, mətbuat konfransından sonra "Neftçi"nin məşqi baş tutub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.