İdman

"Neftçi"nin Kanales problemi həll olundu

20 Avqust 2014 16:32
1 Şərh     Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Neftçi"nin futbolçusu Nikolas Kanales Avropa Liqasının pley-off mərhələsində sabah "Partizan"la keçiriləcək oyunda iştirak edə bilər.

Milli.Az bildirir ki, bu barədə qol.az saytına klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.

Klub rəsmisi bildirib ki, Çili Futbol Federasiyası hücumçunun transfer vərəqəsini "Neftçi"yə göndərib və artıq Kanalesin adı UEFA-nın iştirak ərizəsinə daxil edilib.

Beləliklə, sabahkı oyunda baş məşqçinin şans verəcəyi halda təcrübəli hücumçu meydana çıxacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.