İdman

"Qəbələ"də yumruq davası: futbolçu baş məşqçini döydü?

20 Avqust 2014 16:18
0 Şərh     Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rumıniya mətbuatı "Qəbələ"nin düşərgəsində dava düşməsi ilə bağlı xəbər yayıb

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, komanda Premyer Liqanın ilk turunda "İnter"ə 0:4 hesablı məğlubiyyətindən sonra paltardəyişmə otağında futbolçularından biri baş məşqçi Dorinel Muntyanunu döyüb.

"Sportnews"un məlumatına görə, məhz bu oyundan sonra Kristian Pulhak komandadan ayrılaraq, vətəninə yollanıb. O, "Qəbələ" ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. Lakin müdafiəçi klubdan gedişinin konkret səbəbini açıqlamayıb. Əvəzində klubun düşərgəsində yaşanan dava haqqında eşitdiyini gizlətməyib.

Andrey Kristya isə rumıniyalı jurnalistlərə açıqlamasında, sadəcə, bunları deməklə kifayətlənib: "Komandamızda yaxşı atmosfer var. Başqa heç nəyi müzakirə etmək istəmirəm".

Muntyanunun agenti Leonid İstratinin sözlərinə görə, son vaxtlar komandada, sadəcə, bir münaqişə yaşanıb: "Hollandiya toplanışı zamanı braziliyalı futbolçulardan biri intizamı pozmuşdu. Nəticədə də Muntyanu həmin futbolçunu (söhbət məşqə içkili vəziyyətdə gələn Dododan gedir - red.) əvəzedici komandaya göndərdi. Ondan sonra hər şey qaydasındadı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.