Bu gün Azərbaycan idmanında tarixi hadisə baş verib. Ölkəmiz ilk dəfə avarçəkmə növləri üzrə Olimpiya medalı əldə edib. Millii.Az Trend-ə istinadən xəbər verir ki, bu uğura Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında akademik avarçəkənimiz Boris Yotov imza atıb.
18 yaşlı avarçəkən 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə finişə 3 dəqiqə 21,82 saniyəyə çataraq, gümüş medal qazanıb. Yotov Olimpiya çempionluğuna da yaxın olub. Məsafənin yarısını o, hamıdan öndə keçib. Lakin finişə doğru liderliyini əldən verən avarçəkənimiz yekunda almaniyalı 2-qat dünya çempionu Tim Ole Naskeni özündən 0,6 saniyə irəli buraxıb. Bürünc medala isə 3 dəqiqə 22,21 saniyə nəticə ilə kanadalı Dan de Qrut layiq görülüb. Böyük britaniyalı Kris Louri (3:23.89) 4-cü, polşalı Matyuş Svitek (3:28.31) 5-ci, kubalı Orlando Sotolonqo (3:32.14) 6-cı olub.
Əvvəllər ölkəmiz olimpiadalarda avarçəkmə növləri üzrə 2 dəfə təmsil olunub. 2010-cu ildə Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında kanoeçimiz Radoslav Kutsev 5-ci yerlə kifayətlənib. 2012-ci il London Yay Olimpiya Oyunlarında Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət kanoeçi duetimiz 4-cü, akademik avarçəkənimiz Aleksandr Aleksandrov 5-ci yeri tutub. Onların hamısı medala çox yaxın olmalarına baxmayaraq, fəxri kürsüyə qalxa bilməyiblər. Amma Yotov bunu bacarıb.
Qeyd edək ki, Boris Yotov cəmi 18 yaşının olmasına baxmayaraq, böyüklər arasında da nüfuzlu yarışlara qatılır. O, hətta 2 ay öncə Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında Aleksandr Aleksandrovla birgə 2 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə gümüş medal qazanıb. İndi isə Yotov Çindən birbaşa Hollandiyanın paytaxtı Amsterdama yollanacaq. Təmsilçimiz avqustun 24-də start götürəcək dünya çempionatına qatılacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- 34 oyunluq qələbə seriyası biitib
- Çempionlar Liqası: “Bavariya” “Arsenal”ı yenərək yarımfinala vəsiqə qazanıb
- Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda POZ VERDİ - FOTO
- Formada qalmaq üçün sevgilisi ilə hər gecə bunu edir - FOTOlar
- "Real" bu türk futbolçunu alır: qiyməti hər kəsi şoka saldı - FOTO
- Qapıçılarla bağlı qaydalar dəyişir
XƏBƏR LENTİ
- Bu ölkədə yenə quş qripi virusu aşkarlandı
- Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
- Azra Akının ikinci övladı oldu - FOTO
- 34 oyunluq qələbə seriyası biitib
- Burak Özçivit yeni filmdə
- Yatarkən smartfonu yanımızda saxlamaq TƏHLÜKƏLİDİR?
- Bakıda bu ərazidə söküntü, hündürmərtəbəli bina tikiləcək - VİDEO
- Çörçillin bəyənmədiyi portreti satışa çıxarılacaq - FOTO
- Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
- Çempionlar Liqası: “Bavariya” “Arsenal”ı yenərək yarımfinala vəsiqə qazanıb
- Binəqədidə yol qəzasında 37 yaşlı qadın yaralanıb
- Zelenski Ukrayna ordusunun Canköyə hücum etdiyini təsdiqləyib
- “Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən açıqlama
- Abbasın Nyu-York gəzintisi - FOTOlar
- Dünyanı yeni pandemiya bürüyə bilər - XƏBƏRDARLIQ
- Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda POZ VERDİ - FOTO
- Lalə dəyişib belə OLDU - FOTOlar
- Formada qalmaq üçün sevgilisi ilə hər gecə bunu edir - FOTOlar
- Paşinyan: Növbədənkənar seçkilər planlaşdırılmır
- Başlıbel qətliamından 31 il ötür
- "Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama - FOTO
- Günün qoroskopu: Tərəfdaşla münasibətlərdə ikinci dərəcəli məsələləri qabartmayın
- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu
- Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir