İdman

"Futbolçularım, bəlkə də ilk dəfə televiziyadan izlədikləri yaxşı oyunçulara qarşı oynadılar"

20 Avqust 2014 14:42
0 Şərh     Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Üstün tərəf biz idik. Bu oyunda qələbə qazanmaq istəyirdik. Qapımızda qol görməmək bizim üçün önəmli idi.

Futbolçularım, bəlkə də ilk dəfə televiziyadan izlədikləri yaxşı oyunçulara qarşı oynadılar. Cavab qarşılaşmasında da bu oyunumuzu nümayiş etdirməyə çalışacağıq".


Milli.Az qol.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Beşiktaş"ın baş məşqçisi Slaven Biliç Çempionlar Liqasının pley-off mərhələsində "Arsenal"la bərabərə (0:0) qaldıqları oyunu şərh edərkən deyib.
 

O bildirib ki, matç ərzində qol vurmaq üçün şansları olub: ""Arsenal"ı məğlub etmək üçün bu şanslardan istifadə etməli idik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.