İdman

"Tvente" Bakıya itki ilə gəlir

20 Avqust 2014 12:17
0 Şərh     Baxış: 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq "Tvente" klubu Bakıya itki ilə gəlir.


Milli.Az-ın qol.az-a istinadən verdiyi məlumata görə, Enshede təmsilçisinin kapitanı Andreas Byelland zədə səbəbindən "Qarabağ"la ilk oyunu buraxacaq.


Qabırğasındakı zədəsi tam sağalmayan futbolçunun Bakıya gətirilməməsi məsləhət görülüb. Lakin futbolçunun həftəsonu Hollandiya çempionatında və "Qarabağ"la cavab matçında iştirak edəcəyi gözlənilir.


Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Tvente" oyunu saat 21:00-da başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.