İdman

Georgi Haci qayıtdı

13 Sentyabr 2014 20:28
0 Şərh     Baxış: 2 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rumınyalı mütəxəssis Georgi Haci yenidən baş məşqçiliyə başlayıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, rumın mütəxəssis sahibi olduğu "Vitorul" klubunun baş məşqqçi təyin edilib.

Rumıniya Liqa 1-də çıxış edən klubu ilk 6 turda cəmi 3 xal qazanıb. Bu səbəbdən baş məşqçi Boqdan Stelea istefaya göndərilmiş və komanda müvəqqəti olaraq Boqdan Vintilaya tapşırılmışdı. Haci bu dəfə komandanın başına özü keçmək qərarına gəlib. O, sentyabrın 15-də mətbuat konfransı keçirərək yeni işinin icrasına başlayacaq.

Qeyd edək ki, "Xəzər Lənkəran"dan ayrılan Adrian Pit "Vitorul"da çıxış edir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.