İdman

Zaur Axundov: ""Neftçi"nin vitse-prezidenti olmayacağam"

1 Avqust 2014 16:48
0 Şərh     Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov "Neftçi"nin vitse-prezidenti olacağı barədə xəbərləri təkzib edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:


""Neftçi"nin vitse-prezidenti olacağım barədə ötən il də xəbərlər çıxmışdı. Amma mən bu posta gəlməyəcəm. Mən komandanın ev və səfər oyunlarına yalnız klub prezidenti Sadıq Sadıqovla yaxşı münasibətim olduğuna görə gedirəm.

"Neftçi"də hansısa vəzifəni tutmaq üçün heç bir söhbətimiz olmayıb. Beş ildən çoxdu ki, Futzal Federasiyasının prezidentiyəm və işimdən tam razıyam. Yaxın gələcəkdə işimi dəyişməyə hazırlaşmıram. Vaxtım olsa, "Neftçi"nin "Çixura" ilə səfər oyununa da gedəcəm. Ümid edirəm ki, növbəti mərhələyə komandamız vəsiqə qazanacaq. İlk oyunda "Çixura"nın bəxti gətirdi. Komandamız 3-4 qol vura bilərdi. Tiflisdə daha çətin olacaq. Amma rəqib keçiləsi komandadı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.