İdman

"Çixura"nın müdafiəçisi: "Futbolla siyasəti qatmaq olmaz"

1 Avqust 2014 12:42
0 Şərh     Baxış: 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində "Neftçi"nin qonağı olan Gürcüstanın "Çixura" klubunun müdafiəçisi Georgi Rexviaşvilinin apasport.az-a saytına müsahibəsini təqdim edir.

- Müdafiəçi kimi üzərinizə çox iş düşdü?


- Çətin qarşılaşma oldu. Oyunu müdafiədən qurmuşduq. Düzdür, rəqib daha çox hücum etdi. Bizim üçün əsas məqsəd qol buraxmamaq idi ki, bunun da öhdəsindən gəldik.


- Müdafiəyə bu qədər qapanmağınızın səbəbi nə idi?


- Çünki səfərdə oynayırdıq. Buna görə də qol buraxmamağa çalışdıq. Əslində, komandamızın hücum xətti güclüdür. Oyunu əks-hücumlar üzərində qurmuşduq. Bu cür oyunlarda səhvə yol vermək olmaz, çünki mərhələ cəmi 2 oyundan ibarətdir. Ciddi səhvin nəticəsini aradan qaldırmaq çox çətin olur.


- Komandanız Bakını qol buraxmadan tərk edir. Vəzifənizin öhdəsindən gəldiyinizi düşünürsünüz?


- Qol buraxmamaq minimum vəzifəmiz idi. Baş məşqçi ən azı uduzmamağı, özü də top buraxmadan buna nail olmağı tapşırmışdı. Təbii ki, qol vursaydıq, cavab oyunu üçün işimizi bir qədər yüngülləşdirmiş olacaqdıq. Ancaq 0:0 hesablı heç-heçə də pis nəticə deyil.

- Cavab matçı ilə bağlı nə düşünürsünüz?


- (gülür) Oyundan sonra zəng vursanız, fikrimi deyəcəm. Meydana çıxmadan bir söz söyləmək çətindir. Çətin olacağı isə dəqiqdir.

- Sizin azarkeşlər tərəfindən təxribat xarakterli addımlar atıldı. Bu barədə nə düşünürsünüz?


- Baş verənlərdən xəbərim yoxdur. Futbolla siyasəti qatmaq olmaz. Onları tanımıram. Bizim işimiz meydandadır.


- Bəs "Neftçi"ni bu qədər azarkeşin dəstəkləyəcəyini gözləyirdinizmi?


- Onlar həqiqətən də super idilər. Stadionu tam doldurdular. Sona qədər dəstək olduqlarını deyə bilərəm.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.