İdman

Azərbaycanlı hakim Avroliqada sarı vərəqələri "səpələdi": "Belə biabırçılıq görməmişdim"

1 Avqust 2014 10:27
1 Şərh     Baxış: 1 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az apasport.az-a istinadən bildirir ki, Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev avrokuboklarda növbəti matçını idarə edib. Təmsilçimiz Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Şaxtyor" (Qazaxıstan) - "Hayduk" (Xorvatiya) matçının baş hakimi olub.

Meydan sahiblərinə 5, qonaqlara 2 sarı vərəqə verən Ağayevin idarəçiliyi qalmaqala səbəb olub. Onun 78-ci dəqiqədə Qazaxıstan təmsilçisinin qapısına təyin etdiyi penalti ciddi narazılıqla nəticələnib.

Hətta matç bir neçə dəqiqəlik yubanıb. Qarşılaşmadan sonra "Şaxtyor"un baş məşqçisi Viktor Kumıkov həmyerlimizi "yıxıb-sürüyüb": "Mən belə biabırçı hakimlik görməmişdim. Hakimin idarəçiliyinə diqqətlə baxın. Hakim meydanda çaxnaşma yaratdı. Məhz onun sayəsində hesab 4:2 oldu. Mən hesab edirəm ki, hesab 4:1 olmalı idi. Bu gün bizdə hər şey alınırdı. Düzdür, müəyyən fərdi səhvlər də oldu. Biz xorvatların sürətinin qarşısını almağa və öz imkanlarımızdan yararlanmağa çalışdıq. Elə həmin anda da hakimin anlaşılmaz qərarları başladı. Demək istəyirəm ki, bütün karyeram ərzində belə biabırçı hakimlik görməmişdim. Hətta Çexiyada bizi sıxanda da bu cür olmamışdı".


Qeyd edək ki, bu idarəçiliyinə görə Ağayevə qiymət verəcək hakim-inspektor ermənistanlı Karen Nalbandyan olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.