İdman

Messi məhkəməni ələ saldı

1 Avqust 2014 09:45
3 Şərh     Baxış: 1 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az apasport.az-a istinadən bildirir ki,"Barselona"nın hücumçusu Lionel Messi həbs oluna bilər. Dünyanın ən yaxşı futbolçusu vergidən yayınmaq ittihamı ilə dəmir barmaqlıqlar arxasına düşə bilər.

Xatırladaq ki, Barselona məhkəməsi Messinin üzərindən 4 milyon avro vergidən yayınmaq ittihamını götürməkdən imtina edib. Prokuror Rakel Amado vergi fırıldağı məsuliyyətinin Messinin atasının üzərinə düşdüyünü bildirərək, futbolçunun adının cinayət işindən çıxarılmasını xahiş edib. Amma məhkəmə bu xahişi rədd edərək, Messiyə qarşı sübutların kifayət olduğu barədə qərar çıxarıb.


İspaniya qanunvericiliyinə görə, vergidən yayınmaq cinayəti 6 ilə qədər həbs cəzası nəzərdə tutur. Messi və onun atası da bu müddətə həbs oluna bilərlər. Bundan əlavə, futbolçu 32 milyon avro cərimə də edilə bilər.

Odla oynayan futbolçu isə heç nəyə əhəmiyyət vermir. "Barselona"nın hücumçusu qərardan sonra İnstagram-da bu sözləri yazıb: "Şir qoyunların fikri ilə maraqlanmır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.