İdman

"Qarabağ" - "Zalsburq" oyununun hakimi özünü dünyaya rəzil etdi - FOTO

31 İyul 2014 15:49
1 Şərh     Baxış: 8 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutan "Qarabağ" - "Zalsburq" matçında hakimin yanlış qərar verib-verməməsi istiqamətində müzakirələr səngimək bilmir. Belə ki, matçın 88-ci dəqiqəsində Reynaldonun rəqib oyunçuya qarşı mübarizəsini hakim qırmızı kart ilə qarşıladı. Bu azmış kimi hakim qaydaların əksinə gedərək Reynaldonun ayağa qalxmasına imkan vermədən əlini cibinə salaraq qırmızı kart çıxartdı. Futbol qaydalarına uyğun olaraq futbolçu öncə ayağa qalxmalı, hakimin yanına getməli və bundan sonra ona kart göstərilməlidir.

Bu olay ilə bağlı Milli.Az-a açıqlama verən Hakimlər Komitəsinin (HK) sədri Xəqani Məmmədov bildirib ki, hakimin ən böyük səhvi o oldu ki, Reynaldoya o epizodda qırmızı kart verdi: "Qırmızılıq epizod deyildi o. Sarı kart ilə razılaşmaq olardı, amma... Hakimlik cəhətdən çox zəif idi. Yerdə oturaq vəziyyətdə olan futbolçuya kart göstərmək heç bir kitabda yazılmayıb qanun kimi. Onun ayağa qalxmasını gözləməli və ondan sonra kart verməli idi. Ən əsası isə o kart yersiz və yanlış idi".

Niyaməddin Şirinov
Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.