İdman

"Qarabağ" Azərbaycan futbolunda tarix yazdı!

31 İyul 2014 14:28
0 Şərh     Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" Çempionlar Liqasında iki ilkə imza atıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu bu yarışın III təsnifat mərhələsində qələbə qazanan ilk klubumuz kimi tarixə düşüb.

Belə ki, bunadək qitənin ən nüfuzlu klub turnirində pley-offun bir addımlığınadək irəliləyən təmsilçilərimiz qələbə qazanmadan Avropa Liqasına yuvarlanmışdı. 2009-cu ildə "Bakı" Bolqarıstan "Levski"si (0:0, 0:2), 2012-ci ildə isə "Neftçi" İsrailin Kiryat-Şmona şəhərini təmsil edən "Hapoel" (0:4, 2:2) önündə "ağ bayraq" qaldırmışdı.

"Qarabağ" həm də Çempionlar Liqasında ardıcıl 3 qələbə qazanan ilk Azərbaycan komandası oldu. Avstriyalılardan əvvəl Malta "Valletta"sını iki dəfə udan (1:0, 4:0) ağdamlılar təmsilçilərimizdən heç birinin bacarmadığı uğura imza atıblar.
  

Bundan başqa, Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirində eyni mövsümdə 3 qələbə qazanan 2-ci komanda oldu. "Qarabağ" 2005/06 mövsümündə Çempionlar Liqasında 3 dəfə qalib gələn "Neftçi"nin rekordunu təkrarlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.