İdman

Ulduz futbolçu Hindistanda oynayacaq

31 İyul 2014 13:08
0 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Fransa millisinin sabiq hücumçusu David Trezeqenin yeni komandasının adı bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 36 yaşlı futbolçu karyerasını Hindistan superliqasında davam etdirəcək.

Trezeqe Hindistanın "Pune City" klubu ilə anlaşıb. Trezeqe ilə yanaşı Rober Pires, Fredirix Lyünberq, Luis QarsiyaXoan Kapdevilya kimi ulduz futbolçular da Hindistan superliqasında forma geyinəcəklər. Oktyabr ayında başlayacaq və 3 ay davam edəcək Hindistan superliqasında 8 komanda mübarizə aparacaq.

Qeyd edək ki, Trezeqe karyerası ərzində "Yuventus", "Monako", "Herkules", "Banni Yas", "River Pleyt" və "Nevels Old Boys" klublarında çıxış edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.