İdman

Vüqar Nadirov: "Cavab matçında da uğur qazanmaq istəyirik"

31 İyul 2014 11:31
0 Şərh     Baxış: 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Vüqar Nadirov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"una qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:
 

"Əlbəttə, biz hamımız gözəl başa düşürdük ki, çox çətin oyun olacaq. Çünki rəqibimiz çox güclü komandadır. Amma biz ilk oyunda onlara qalib gələ bildik. Avstriyada keçiriləcək cavab oyununda da uğurlu nəticə qazanmaq istəyirik".
 

Bu komandalar arasında cavab oyunu bir həftə sonra səfərdə keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.