İdman

"Zalsburq"un futbolçusu: "Mərhələni keçəcəyik"

31 İyul 2014 11:01
0 Şərh     Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zalsburq" klubunun müdafiəçisi Andre Ramalyo Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda məğlub olduqları "Qarabağ"la oyunu (1:2) şərh edib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu oyunun onlar üçün ağır keçdiyini bildirib:

"Oyun bizim üçün ağır keçdi. "Qarabağ" yaxşı komandadır. Rəqib sürətli oynayır. Ancaq inanıram ki, cavab matçında qələbə qazanaraq, mərhələni adlayacağıq. Doğma meydanımızda azarkeşlərimiz və prezidentimiz üçün oynacağıq. İlk iki qırmızı vərəqə haqlı idi. Lakin Reynaldonun epizodunu görmədim. Ona görə də bu haqda heç nə deyə bilmərəm".
 

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 6-da Avstriyada keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.