İdman

Reynaldo: "Videoyazıya baxmaq lazımdır"

31 İyul 2014 10:40
0 Şərh     Baxış: 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Zalsburq"la görüşdə (2:1) dubl etdikdən sonra qırmızı vərəqə ilə cəzalandırılan "Qarabağ" klubunun braziliyalı futbolçusu Reynaldonun apasport.az saytına müsahibəsini təqdim edir.
  

- Qarşılaşma barədə nə deyə bilərsiniz?

- Çətin oldu. Müdafiədən oynayıb, rəqibi əks-hücumda yaxalamağa çalışırdıq. Nəticədə iki qol vurub, qələbə qazandıq. Növbəti matçı gözləyəcəyik.
  

- Hücumda tək qalmışdınız. 4-5 müdafiəçinin əhatəsindən sıyrılmaq çətin deyildi?

- Əlbəttə, çətin idi. Ancaq komanda şəklində yaxşı oynadıq. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq.
 

- Qırmızı vərəqə ilə cəzalandırıldığınız üçün cavab matçında komandanıza kömək edə bilməyəcəksiniz. Həmin epizodda kobudluğa ehtiyac var idi?

- Epizodla bağlı bir söz deyə bilmərəm. Bunun üçün videoyazıya baxmaq lazımdır. Təəssüf ki, cavab matçında komanda kömək edə bilməyəcəm. Öz adıma çox üzgünəm.
 

- Baş hakim yanlış qərar vermişdi?

- Dəqiq fikir yürüdə bilmərəm. Bunun üçün gərək epizodun təkrarına baxasan.
  

- Qırmızı vərəqə alsanız da, azarkeşlər sizi meydandan alqışlarla yola saldılar. Bu, sizə necə təsir etdi?

- Azarkeşlər tək məni yox, bütün komandamızı alqışladılar. Onlara təşəkkür edirəm. Bizi həqiqətən də sona qədər dəstəklədilər.
 

- "Qarabağ" sizsiz mərhələ adlaya biləcək?

- Təbii ki, komanda əlindən gələni edəcək. "Qarabağ" Zalsburqda da yaxşı oynayıb, bu üstünlüyü əldən verməməlidir. Komandamızın mərhələ keçəcəyinə inanıram.
 

- Reynaldo və Admir Telinin yoxluğu heyətlə bağlı problem yaratmayacaq?

- Xeyr, komandada məni və Telini əvəzləyəcək futbolçular var. Onlar səfərdəki oyunda komandamıza çox kömək edəcəklər. Buna inanıram.
  

- Pley-off mərhələsinə yüksələ biləcəksiniz?

- Cavab oyununu oynamamış bir söz deyə bilmərəm.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.