İdman

Rövnəq Abdullayev: "Reynaldonun epizodunda qırmızı vərəqə yox idi"

30 İyul 2014 23:22
Baxış: 1 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"una qarşı keçirdiyi ilk oyunu barədə fikirlərini açıqlayıb. Milli.Az xəbər verir ki, azerisport.az-a açıqlamasında o, bunları söyləyib:

"Qarabağ" bu gün bizi sevindirdi. Belə oyuna görə onlara təşəkkürümü bildirirəm. Çoxdan idi stadiona bu qədər adam gəlmirdi. Azarkeşlərdən də razı qaldım".

AFFA prezidenti oyundan sonra sonra paltardəyişmə otağına daxil olaraq, futbolçuları qələbə münasibətilə təbrik edib: "Uşaqlara dedim ki, sizdən uğur gözləyirik. Avstriyalıları da keçmək, ÇL-in qrup mərhələsinə düşmək lazımdı".

Abdullayev hakimlikdən də danışıb: "Admir Telinin qırmızı vərəqəsi barədə bir söz deyə bilmərəm. Amma Reynaldonun epizodunda qırmızı vərəqə yox idi. Ötən dəfə hakim səhvi səbəbindən digər təmsilçimiz "İnter" mübarizəni dayandırdı. Bu dəfə də "Qarabağ" hakimlikdən əziyyət çəkdi".

AFFA rəhbəri "Qarabağ"ın şansları barədə də danışıb:"Ağdamlıların şansı yüksəkdi. Əgər normal oynasalar, hər şey mümkündü. Sabah "Çixura" ilə qarşılaşacaq "Neftçi"dən də uğur gözləyirəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.