İdman

"Teli və Reynaldonun qovulması bizim üçün ciddi itkidi"

30 İyul 2014 23:09
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Maksim Medvedev UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avsriya "Zalsburq"una qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Milli.Az xəbər verir ki, azerisport.az-a açıqlamasında o, komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:

"Çox vacib qələbədi. Çətin oldu. Rəqib bizi iki qırmızı vərəqə almağa məcbur etdi. Reynaldo ilə Telinin qırmızı vərəqə alması bizim üçün çox ciddi itkidi. Cavab oyununda onlarsız çətin olacaq. Amma şadam ki, ev oyununda qələbə qazana bildik".

Bu komandalar arasında cavab oyunu bir həftə sonra səfərdə keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.