İdman

Çempionlar Liqası: "Qarabağ" qələbə qazandı! - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

30 İyul 2014 23:00
23 Şərh     Baxış: 8 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:20

Milli.Az xəbər verir ki "Qarabağ" - "Zalsburq" oyunu bitdi. "Qarabağ" - "Zalsburq"- 2:1.

Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasında növbəti oyununu keçirdi. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsinin ilk oyununa bu gün çıxdı.

Qurban Qurbanovun yetirmələri bu mərhələdə Avstriyanın "Zalsburq" klubu ilə üz-üzə gəldi. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutdu.
 

II təsnifat mərhələsində Maltanın "Valletta" klubu üzərində 2 qələbə qazanan təmsilçimiz qol buraxmamışdı. Bu seriyanı davam etdirməyə çalışan "Qarabağ" mübarizəyə bu mərhələdən start verəcək "Zalsburq"la görüşdə azarkeşlərini sevindirmək iddiasında idi.
 

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

30 iyul

"Qarabağ" (Azərbaycan) - "Zalsburq" (Avstriya) - 2:1
 

Qollar: Danilo Dias, 2; Reynaldo, 86 - Kristian Şveqler, 77
 

Qırmızı vərəqə: Kristian Şveqler, Admir Teli, Reynaldo
 

Baş hakim: Sergey Boyko
 

Bakı. T.Bəhramov adına Respublika stadionu
 

QARABAĞ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 9. Reynaldo, 11. Danilo Dias, 20. Riçard Almeyda, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
 

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 14. Rəşad Sadıqov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 6. Hacı Əhmədov, 17. Vüqar Nadirov.

Baş məşqçi: Qurban Qurbanov.
 

ZALSBURQ: 31. Peter Qulaç, 6. Kristian Şveqler, 17. Andreas Ulmer, 36. Martin Hinteregger, 5. Andre Ramalyo, 8. Nabi Keyta, 10. Sadio Mane, 24. Kristof Leytqeb, 44. Kevin Kampl, 7. Marsel Zabitser, 26. Conatan Soriano.
 

Ehtiyat oyunçular: 33. Aleksander Valke, 4. Peter Ankersen, 15. Frants Şyemer, 29. Rodney, 37. Valentino Lazaro, 77. Massimo Bruno, 42. Nils Kaşner.

Baş məşqçi: Adolf Hütter.

---------
22:13

Milli.Az xəbər verir ki "Qarabağ" - "Zalsburq" oyununda üçüncü qol vuruldu. Oyunun 86-cı dəqiqəsində "Qarabağ"ın oyunçusu Reynaldo Silva fərqləndi. "Qarabağ" - "Zalsburq" - 2:1.

---------
22:04


Milli.Az xəbər verir ki "Qarabağ" - "Zalsburq" oyununda ikinci qol vuruldu. Oyunun 77-ci dəqiqəsində "Zalsburq"un oyunçusu Conatan Soriano fərqləndi. "Qarabağ" - "Zalsburq" - 1:1.

---------
20:34

Milli.Az xəbər verir ki, oyunun ikinci dəqiqəsində "Qarabağ" hesabı açıb. 

Qarabağ - Zalsburq: 1-0
Qol: Dias (2-ci dəqiqə)

---------
20:30


Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin ən nüfuzlu klub turnirindəki təmsilçisi - son ölkə çempionu "Qarabağ" da növbəti sınağına çıxır.
 

Ağdam klubu bu turnirdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıydı. "Qarabağ" bu rəqibini səfərdə 1:0, Bakıda isə 4:0 hesabı ilə üstələyərək, adını növbəti mərhələyə yazdırdı. Bu mərhələdə isə təmsilçimizin rəqibi Avstriya "Zalsburq"udu. Bu komandanın mübarizəyə birbaşa üçüncü təsnifat mərhələsindən başlaması rəqibin necə ciddi klub olmasından xəbər verir.
 

Cavab görüşü səfərdə keçiriləcəyindən "Qarabağ" ilk oyunda sərfəli nəticə qazanmağa borcludu. Komandamızın buna nə dərəcədə nail olacağı maraqla gözlənilir.
 

Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi
(ilk oyun)
30 iyul

20:30. Qarabağ - Zalsburq
Baş hakim: Sergey Boyko (Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


QARABAĞ
: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 9. Reynaldo, 11. Danilo Dias, 20. Riçard Almeyda, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 14. Rəşad Sadıqov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 6. Hacı Əhmədov, 17. Vüqar Nadirov.
Baş məşqçi: Qurban Qurbanov.

ZALSBURQ
: 31. Peter Qulaç, 6. Kristian Şveqler, 17. Andreas Ulmer, 36. Martin Hinteregger, 5. Andre Ramalyo, 8. Nabi Keyta, 10. Sadio Mane, 24. Kristof Leytqeb, 44. Kevin Kampl, 7. Marsel Zabitser, 26. Conatan Soriano.
Ehtiyat oyunçular: 33. Aleksander Valke, 4. Peter Ankersen, 15. Frants Şyemer, 29. Rodney, 37. Valentino Lazaro, 77. Massimo Bruno, 42. Nils Kaşner.
Baş məşqçi: Adolf Hütter.


---------
11:03

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən "Qarabağ" da bu gün növbəti sınağına çıxacaq.

Qurban Qurbanovun komandasının rəqibi Avstriya çempionu "Zalsburq"dur. Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan Ağdam təmsilçisinin güclü rəqibinə necə müqavimət göstərəcəyi maraqla gözlənilir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq.
 

30 iyul

Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunları

20:30. "Qarabağ" (Azərbaycan) - "Zalsburq" (Avstriya)
Baş hakim:
Sergey Boyko (Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

---------
23:00



Videonu izləmək üçün şəklə klikləyin.



---------
22:20



---------
21:38




Foto: Facebook, Qarabağ FK, azerisport.az, AzərTAc

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.