İdman

"Qol iştahımız "Qarabağ"la oyunda da dayanmayacaq"

30 İyul 2014 11:46
1 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mövsümün startında göstərdiyimiz oyuna görə futbolçularımla fəxr edirəm. Yetirmələrim məhsuldarlığı ilə də göz oxşayır". Milli.Az apasport.az-a istiadən xəbər verir ki, bu sözləri Avstriyanın "Zalsburq" klubunun baş məşqçisi Adi Hütter deyib.
 

Mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la ilk oyunu öncəsi mətbuat konfransında iştirak edib. Hütter Bakıdakı görüş haqda iddialı danışıb: "Qol iştahımız "Qarabağ"la oyunda da dayanmayacaq. Azərbaycan çempionu sonadək mübarizə aparan komandadır. 30 min azarkeş də onları dəstəkləyəcək. Lakin bizim üçün bunun fərqi yoxdur. Biz öz oyunumuzu oynamalıyıq. "Qarabağ"ın heyətində Reynaldonu fərqləndirə bilərəm. Rəqibimizi oyun botu təzyiq altında saxlayacağıq".
  

Qeyd edək ki, "Qarabağ" - "Zalsburq" oyunu saat 20:30-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.