İdman

""Qarabağ" da zəif komanda deyil"

29 İyul 2014 21:24
0 Şərh     Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az qol.az-a istinadən bildirir ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zalsburq"la qarşılaşacaq "Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedyev oyun öncəsi təşkil olunan mətbuat konfransında sabah keçiriləcək görüş haqda fikirlərini bildirib:

"Bizi sabah ağır oyun gözləir. Çoxları düşünür ki, "Zalsburq" sabah bizi məğlub edəcək. Ancaq "Qarabağ" da zəif komanda deyil. Bizim də Avropa təcrübəmiz var. Çaışacağıq ki, rəqibə hücum futbolu göstərək və onlara sübut edək ki, biz də zəif deyilik.

M.Medvedyev, zədəsini tam sağaltdığını və sabahkı oyuna tam hazır olduğunu deyib: "Artıq bir həftədir komanda ilə məşq edirəm. Demək olar ki, oyuna yüz faiz hazıram. Baş məşqçi şans versə, sabah meydanda olacam".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.