İdman

Çempionlar Liqasının finalı Messisiz keçə bilər

29 İyul 2014 18:53
2 Şərh     Baxış: 1 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn ilin may ayının 28-də bu futbolçular Amerika Kubokunda iştirak üçün milli komandalarının düşərgəsində olmalıdırlar

"Barselona"nın cənubi amerikalı futbolçuları Çempionlar Liqasının 2014-2015 mövsümünün final qarşılaşmasında iştirak etməyə bilərlər. Anspress-in məlumatına görə, Kataloniya təmsilçisi ÇL-in həlledici görüşünə vəsiqə qazansa, Lionel Messi, Neymar, Klaudio Bravo Daniel Alveş komandalarına kömək etməyə bilərlər.

Gələn ilin may ayının 28-də bu futbolçular Amerika Kubokunda iştirak üçün milli komandalarının düşərgəsində olmalıdırlar.

Qeyd edək ki, Amerika Kuboku Çilidə iyun ayının 11-də start götürəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ