İdman

"Sneyder "Qalatasaray"da qalacaq"

29 İyul 2014 20:15
Baxış: 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Qalatasaray"ın prezidenti Ünal Aysal Uesli Sneyderin komandadakı gələcək taleyinə aydınlıq gətirib.
Qol.az-ın məlumatına görə, "Hürriyet" qəzetinə danışan Ü.Aysal hollandiyalı futbolçunun "Qalatasaray"da qalacağını bildirib:

"Sneyder komandada qalacaq. Bizim, Prandelli və futbolçunun da fikri eynidir. Ayrılıq haqda düşünmürük. Sneyder ağır mövsüm keçirdi və daha sonra dünya çempionatında oynadı. İstirahətdən sonra komandaya qoşulacaq".

Klub prezidenti "Qalatasaray"ın heyətindən kənarda qalan Səbri Sarıoğlunun komandanın düşərgəsinə qaytarıla biləcəyini deyib: "Heç kəsin Səbriyə qarşı mənfi münasibəti yoxdur. O, sevdiyimiz və uğurlu çıxış etməsini istədiyimiz bir futbolçudur. Özünə daha yaxşı baxmalıdır. Yaxşı hazırlaşacağı təqdirdə Prandelli ona şans verəcək. Etməli olduğu yeganə şey başqalarını deyil, Prandellini dinləməkdir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.