İdman

"Ola bilər ki, "Qarabağ" bizi keçsin"

29 İyul 2014 13:21
0 Şərh     Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avstriyanın "Zalsburq" klubunun yarımmüdafiəçisi Valentino Lazaronun azerisport.az saytına müsahibəsi

- Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"la qarşılaşacaqsız. Bu komanda ilə oyunlardan nə gözləyirsiz?

- Qələbə qazanmalıyıq. Başqa heç nə gözləmirəm.

- Bunu öz gücünüzə əmin olduğunuz üçün deyirsiz, yoxsa rəqib o dərəcədə yaxşı deyil?

- Zəif rəqib olmur. Əminəm ki, "Qarabağ" güclü komandadır. Sadəcə, bizim bu mövsüm üçün əsas hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə düşməkdir. Bu hədəfə çatmaq üçün hər şeyimiz var. Komandanıza hörmətlə yanaşırıq. Ola bilər ki, "Qarabağ" bizi keçsin. İstənilən halda yaşayıb, görəcəyik.

- "Qarabağ"ın "Valletta" ilə oyununa baxmısız?

- Yox. Rəqibin oyununu analiz etmək işinə məşqçilər korpusu baxır.

- Avstriya çempionatının ilk iki turunda əsl şou göstərmisiz. "Rapid"ə 6:1 "Viner Noyştadt"a 5:0 hesabıyla qalib gəlmisiz. Belə möhtəşəm başlanğıcın sirri nədədir?

- Biz hələ "Sollenau" ilə kubok oyununda da 10 qol vurmuşuq. Bu, mövsümə çox ciddi hazırlaşmağımızın nəticəsidir. Həm də "Rapid"lə oyunlar "Zalsburq" üçün derbi xarakteri daşıyır. Bu komandaların oyununda futbolçular hər imkandan yararlanmağa çalışırlar ki, qol vursunlar.

- Bəs "Qarabağ"ın oyunu haqda nə bilirsiz?

- Bilirəm ki, orada bir neçə braziliyalı futbolçu, eləcə də Azərbaycan yığmasının üzvləri çıxış edirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.