İdman

"Şeytan"la şəkil çəkdirdi, işdən qovuldu

29 İyul 2014 11:36
0 Şərh     Baxış: 1 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Barbadosdakı restoranın ofisiantı Kayson Ford rəhbərlik tərəfindən ən azı 2 həftə müddətinə işdən azad edilib. Apasport.az saytının məlumatına görə, buna Fordun məşhur futbolçu Robin van Persidən onunla şəkil çəkdirməyi xahiş etməsi səbəb olub.

"Mançester Yunayted"in böyük pərəstişkarı olan Ford VİP zalda van Persini görüb və ondan foto ilə bağlı xahiş edib. Hollandiyalı futbolçu məmnuniyyətlə bu xahişi yerinə yetirib. Amma restoran rəhbərliyi ofisiantın iş yerində və nahar zalında mobil telefondan istifadə etməsini qaydaların pozulması kimi dəyərləndirib. Fordun van Persi ilə şəklini çəkən digər ofisiant da cəzalandırılıb.
 
Qeyd edək ki, van Persi həyat yoldaşı və uşaqları ilə bir həftə Barbadosda dincəlib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.