İdman

Mourinyo: "Droqbanın ruhu buradaydı"

29 İyul 2014 12:26
0 Şərh     Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Qalatasaray"da 1,5 il oynayandan sonra 8 il şərəfini qoruduğu "Çelsi"yə qayıdan Didye Droqba komandanın ilk oyununa qatılıb. Apasport.az saytının məlumatına görə, futbolçu London klubunun "Olimpiya Lyublyana" ilə hazırlıq görüşünü ehtiyat oyunçular skamyasından izləyib.
 
Matçdan sonra jurnalistlərin suallarına cavab verən "Çelsi"nin baş məşqçisi Joze Mourinyo Droqbanın hazır olmadığını, amma bir müddət sonra komandaya qoşulacağını vurğulayıb. Portuqaliyalı mütəxəssis 36 yaşlı futbolçu barədə "sanki heç bir yerə getməmişdi" deyə danışıb: "Didye burada olmayanda belə, sanki ruhu buradaydı. O, "Çelsi"yə aid şəxsdir. Elə hesab edin ki, 2 illik məzuniyyətə çıxıb və geri dönüb".
 
Mourinyo Droqbanı sadəcə onun könlünü xoş etmək üçün deyil, həm də ehtiyacları olduğu üçün geri qaytardıqlarını vurğulayıb: "Mən heyətdə müxtəlif amplualarda oynayan futbolçular görmək istəyirəm. Didye həm futbolçu, həm də bir insan kimi bizi daha da gücləndirəcək".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.