İdman

Məşhur futbolçu: "Saqqalım uğrunda arvadımla mübarizə aparıram" - FOTO

29 İyul 2014 10:47
0 Şərh     Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bavariya"nın futbolçusu Frank Riberi azarkeşlər önünə yeni imicdə çıxıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu saqqal saxlamağa başlayıb.
 
"Bavariya" Telekom Kubokunun finalında "Volfsburq"a 3:0 hesabı ilə qalib gəlib. Qollardan ikisini Robert Levandovski, birini isə Sebastyan Rode vurub. Kürəyindəki zədədən sonra ilk dəfə meydana çıxan Riberi 55 dəqiqə oynayıb.
 
Matçdan sonra açıqlama verən fransalı futbolçu imici barədə danışıb: "Bu obrazım həyat yoldaşımın çox xoşuna gəlir. Mən üzümü qırxmaq istəyirəm. O isə saqqal saxlamağımda təkid edir. Bizim aramızda əsl mübarizə gedir. Zədəmə gəldikdə, mən artıq oynaya bilirəm və bu, çox vacibdir. Mən meydana çıxmaq üçün alışıb-yanıram, amma hələlik oyun ritminə düşə bilməmişəm. Mən oynayanda sürət və ritm çox lazımdır".

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.