İdman

"Neftçi" - "Çixura" matçının hakimləri müəyyənləşdi

29 İyul 2014 10:05
0 Şərh     Baxış: 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Neftçi" - "Çixura" matçının hakimləri müəyyənləşib.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 8-ci km qəsəbə stadionunda baş tutacaq oyunu rumıniyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Kristian Balaj olacaq. Ona Sebastian CorcOvidiu Artene köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Katalin Sorin Popa yerinə yetirəcək.

Qeyd edək ki, "Neftçi" - "Çixura" oyunu iyulun 31-də, saat 20:00-da başlanacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.