İdman

Kaka: ""Real"dakı karyeram uğursuz alınmayıb"

28 İyul 2014 15:43
0 Şərh     Baxış: 1 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"San Paulu" klubunun futbolçusu Kaka sabiq komandası Madrid "Real"ındakı karyerası haqda danışıb

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "AS" qəzetinə danışan braziliyalı futbolçu "Real"da karyerasının uğursuz alınmadığını bildirib:

""Real"dakı karyeram uğursuz olmayıb. Bu komandanın heyətində mövsüm ərzində orta hesabla 30 oyun keçirmişəm. 120 matçda 28 qola imza atmışam. Üstəlik, La Liqa, ölkə kuboku və superkuboku qazanmışam. Mourinyo? O, mənim səbirli olmağıma və futbolçu kimi artırmağıma köməklik göstərib. Onun sayəsində mübarizə aparmağı və məşqçinin qərarlarına hörmətlə yanaşmağı öyrənmişəm".


Qeyd edək ki, Kaka 2009-2013-cü illərdə "Real"ın şərəfini qoruyub.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.