İdman

"Qarabağ"ın rəqibindən ikinci darmadağın

28 İyul 2014 12:20
0 Şərh     Baxış: 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avstriya çempionatında II turun oyunları keçirilib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasında Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqibi olan "Zalsburq" növbəti dəfə darmadağına imza atıb.

İlk turda adlı-sanlı Vyana "Rapid"ini 6:1 hesabı ilə yenən Adolf Hütterin yetirmələri bu dəfə səfərdə coşub. "Zalsburq" "Viener Neuştadt"la qarşılaşmanı da 5 top fərqilə bitirib.

"Qarabağ"ın rəqibi bu dəfə quru hesablı qələbə qazanıb - 5:0. "Zalsburq"un qollarını Marsel Sabitzer (15-ci dəq.), Conatan Soriano (47 və 75-p.), Kristian Şviqler (53), Kevin Kempl (55) vurublar. 40-cı dəqiqədə Sadio Mane qırmızı vərəqə aldığından rəqibin də eyni halla üzləşdiyi 74-cü dəqiqəyədək "Zalsburq" azlıqda qalıb. Bu matçı "Qarabağ"ın nümayəndələri də izləyiblər.

Qeyd edək ki, 2 turdan sonra 6 xalı olan "Zalsburq" daha yaxşı top fərqinə (11-1) görə Bundesliqanın lideridir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.